İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində (İsmayıllı DPTM) seminar keçiriləcək. Bu barədə ShimalNews 27 mart tarixində adı çəkilən mərkəzə istinadən xəbər verir.

Təlimçi – “Tatun Travel” MMC-nin turizm şirkətinin təsisçisi Ülvi Süleymani  seminarı “Regionda sahibkarlıq fəaliyyətinin inkişafında turizmin rolu” mövzusunda aparacaq. Burada məqsəd DPTM-də təhsil alan tələbələrin müvafiq sahədə bilik və bacarıqlarının artırılmasıdır.

Görüş martın 28-i saat 11:00-da İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində, Tədris korpusunun akt zalında baş tutacaq.