Qubanın Qrızdəhnə kəndindən olan, el arasında Binət kimi tanınan kişi itkin düşüb. Bu haqda ShimalNews 25 mart tarixində xəbər verir.

Əldə olunan məlumata görə, 48 yaşlı Bünyad Bünyatov son zaman ailəsi ilə Sumqayıt şəhərində kirayə evdə yaşayıb. Artıq 4 gündür ki, o, həmin mənzili tərk edib və onun haqqında məlumat yoxdur.

Bünyadın Sumqayıtda qəssab işlədiyi bildirilir. Son dəfə onu Z..Tağıyev qəsəbəsində görüblər.

Artıq polis itkin düşən şəxsi axtarır.