Bu gün Qubada 5 aylıq körpə faciəvi şəkildə dünyasını dəyişib. Bu haqda ShimalNews 25 mart tarixində xəbər verir.
Hadisə Fətəlixan küçəsində yerləşən evlərin birində saat 13:00 radələrində baş verib. Cəsəd tibbi ekspertizaya göndərilib.
İlkin məlumata görə, körpə uşaq arabasında kəməri açıq vəziyyətdə yatıbmış. Evdə yalnız onun nənəsi olub. Qadın otağa girəndə mərhumun yerdə üzüaşağı vəziyyətdə cansız uzandığını görüb.