Polis əməkdaşları İsmayıllı rayonunda qanunsuz saxlanılan ov silahlarını aşkar ediblər. Bu barədə ShimalNews 25 mart tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə son bir ay ərzində keçirilən tədbirlər zamanı rayon sakinlərindən ümumilikdə 10 ədəd “İJ”, eləcə də “Toz” markalı ov tüfəngləri aşkarlanıb.

Onlar barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Cari il ərzində sənədləri olmayan ümumilikdə 33 tüfəng vətəndaşlardan aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.