Qusar Şəhər İncəsənət Məktəbi (keçmiş Qusar rayon İncəsənət Məktəbi) Qusar şəhərində yerləşir. Təhsil ocağı 3 avqust 1960-cı ildə yeddiillik musiqi məktəbi kimi fəaliyyətə başlayıb.

Burada 1960-cı ildə Azərbaycan rayonlarının arasında ilk ikisəsli xor Fətullah Rəhimxanovun, ilk mahnı və rəqs ansamblı isə Qəni Qəniyevin rəhbərliyi altında yaradılmışdır. Məktəbin ilk direktoru Oqtay Allahverdiyev idi. Oqtay beş il bu vəzifədə çalışmışdır. Onun rəhbərliyi altında fortepiano və tar sinifləri açılmış və musiqi nəzəriyyəsi sinfi fəaliyyətə başlamışdır. Sonrakı illərdə məktəbə Ayaz Rəşidov, Kamil Cəfərov, Sabir Mustafayev, Sübhi Həbibov və Zahir Mustafayev rəhbərlik etmişlər.

Məktəbdə ilk şöbələr tar və fortepiano ixtisasları üzrə yaradılmışdı. 1972-ci ildə yeni bina və gücləndirilmiş maddi-texniki baza musiqi məktəbində qarmon, nağara, klarnet, kamança kimi ixtisasları tədris etmək üçün şərait yaratmışdır.

Təhsil ocağı 1990-cı ildə Mədəniyyət Nazirliyinin birinci dərəcəli diplomuna layiq görülmüşdür. Məktəbdə şagirdlər xoreoqrafiya, skripka, fortepiano, klarnet, tar, kamança, nağara və xanəndəlik ixtisasları üzrə təhsil alır. Musiqi kollektivləri Qusarın kəndlərində və qonşu Dağıstanda konsertlər vermişlər.

 

İstinad edilən mənbələr: