Qubada keçirilən əməliyyat zamanı 2 nəfər saxlanılıb. Bu barədə 24 mart tarixində Shimal.news DİN-ə istinadən xəbər verir.
Rayonun Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Cavid Qarayev və Həzrət Vahabov saxlanılıblar.
Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 1,3 kq narkotik vasitə olan marixuana və heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.