İsmayıllıda daha bir intihar hadisəsi baş verib. Bu barədə ShimalNews 24 mart tarixində Lent.az-a istinadən xəbər verir.

Hadisə rayonun Diyallı kəndində qeydə alınıb. 67 yaşlı kənd sakini Ənurə Qasımova yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.

Bildirilir ki, mərhum II qrup əlil və ruhi-əsəb xəstəxanasında qeydiyyatda idi.

Faktla bağlı araşdırma aparılır.