Şabran rayonunun Uzunboyad kəndində yanğın hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 23 mart tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Hadisə günorta saatlarında baş verib. Ümumi sahəsi 160 kv.m ikimərtəbəli, 8 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 65 kv.m sahədə yanıb.

Əraziyə FHN-in bölmələri cəlb edilib və yanğın söndürülüb. Evin qalan hissəsi alovdan mühafizə olunub.