Qusarda master-klas təşkil olunub. Bu haqda ShimalNews 23 mart tarixində Qusar rayon Heydər Əliyev Mərkəzinə istinadən məlumat verir.

Heydər Əliyev Mərkəzində baş tutan ustad dərsi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndəliyinin və “Jehill collection”un birgə əməkdaşlığı çərçivəsində keçirilib.

Burada gənclərə paltar üzərində rəsm texnikaları haqqında ətraflı məlumat verilib. Daha sonra iştirakçılar moderatorların yardımı ilə bu texnikaları öz paltarlarında tətbiq ediblər.