Quba gəncləri üçün təlim keçirilib. Bu haqda ShimalNews 23 mart tarixində Quba GİKM-ə istinadən məlumat verir.

“Ünsiyyət bacarıqları” mövzusunda təlimi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyi təşkil edib. Tədbir nümayəndəliyin əməkdaşı Eyvaz Xeyrullayevin təqdimatında baş tutub. Təlimdə iştirak edən gənclərə aşağıdakı mövzularla bağlı məlumat verilib:

  • Effektiv ünsiyyət modeli;
  • Bədən dili;
  • Ünsiyyət nədən ibarətdir;
  • Aktiv və empatik dinləmə;
  • Təsirli və düzgün sual vermək;
  • Effektiv rəy bildirmə.