Şəhid Abduləlimov Miqdad Faiq oğlunun mövlud günü ilə əlaqədar məzarı ziyarət olunub.
Tədbirdə igidimizin qohumları, Qubadan olan şəhid ailələri və kənd camaatı iştirak ediblər. Ramazan ayının ilk günü ilə əlaqədar axşam şəhidin evində iftar süfrəsi təşkil olunacaq.
Abduləlimov Miqdad 23 mart 2002-ci ildə Qubada dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə Baki dövlət iqtisad kollecinə qəbul olunan igidimiz 2020-ci il sentyabrın 27-də baş tutan Vətən müharibəsində iştirak edib. O, 28 sentyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhadətə ucalıb.
Fəxrimiz olan Abduləlimov Miqdad ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.