Yazın əvvəlindən başlayaraq şimal bölgəsinin meşələrində quzuqarnı adlanan göbələyin mövsümü başlayır. Bu barədə ShimalNews 22 mart tarixində məlumat verir.
Quzuqarnı mövsümü mart ayının ikinci ongünlüyündən başlayır və may ayınadək davam edir. Rəngi yarpaqlardan seçilmədiyindən onun yığılması olduqca çətindir. Meşədə, əsasən, qovaq ağaclarının altında tək-tək və qruplar halında bitir.
Hazırda quzuqarnının qiyməti 25 manat civarında (1 kiloqram üçün) dəyişir.