Qusarın futbol klubu paytaxt komandasına qalib gəlib. Bu barədə ShimalNews 22 mart tarixində məlumat verir.

Paytaxtda yerləşən “ASK Arena” stadionunun ehtiyat meydançasında keçirilən matçda “Şirvanovka” “Difai” ilə üz-üzə gəlib. Komandamız rəqibini 2:1 hesabı ilə məğlub edib.

Cavab qarşılaşması martın 25-də Qusarın Şirvanovka qəsəbəsində təşkil olunacaq.