Quba rayonunda ikimərtəbəli ev qarət edilib. Oğurluğu törədən şəxs və ya şəxslər axtarılırlar. Bu haqda ShimalNews 22 mart tarixində DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Oğurluq Alekseyevka kəndi ərazisində, məktəbin yanında yerləşən evlərin birində baş verib. Paytaxtda yaşayan ev sahibləri bayramı qeyd etmək üçün Qubaya gəliblər və evə daxil olduqda görüblər ki, geyim, bəzi əşyalar və bahalı spirtli içkilər oğurlanıb.

Zərərçəkən Quba Rayon Polis Şöbəsinə müraciət edib, hazırda araşdırma aparılır.