Paytaxtda fəaliyyət göstərən aparıcı teatrlardan biri Qusara qastrola gəlir. Bu haqda ShimalNews 21 mart tarixində Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
“Heydər Əliyev İli” çərçivəsində Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrı “Lənkəran xanının vəziri”ni təqdim edəcək. M.F. Axundzadənin bu məşhur əsərinin tamaşası martın 23-də saat 14:00-da nümayiş olunacaq.
Uzun illərdən sonra təşkil olunan səfərin məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.