Quba Rayon Mərkəzi Xəstəxanasında Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Bu haqda ShimalNews 21 mart tarixində Aztibb.az-a istinadən məlumat verir.
Tədbirdə müəssisənin direktoru Ə.Sərvərov və baş həkimi Ə.Əliyev əməkdaşları bayram münasibətilə təbrik edib, onlara həyatlarında və iş fəaliyyətlərində uğurlar arzulayıb.
Bayram münasibətilə təşkil edilən görüşdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.