İsmayıllı rayonunda qəza baş verib, xəsarət alanlar var. Bu haqda bu gün, 21 mart tarixində ShimalNews Report-a istinadən məlumat verir.

Buynuz kəndi ərazisində “VAZ-21214” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Hər iki sürücü, eləcə də “011”də olan sərnişin Ramil Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırmalar aparılır.