Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.

Novruz bayramında, adətən, papaq atırlar, tonqaldan atlanırlar, yumurta döyüştürüllər, qulaq falına çıxırlar, üzük falına baxırlar.

Bundan əlavə, qədim Qubada Novruzun gəlməsinə 40 gün qalmış hazırlıq işləri başlanılır. Bayram süfrəsinə “s” həri ilə başlayan 7 növ ərzaq qoyurdular.

Qubanın Qrız, Haput, Xınalıq, Buduq kəndlərində Novruzdan əvvəl evlər qədim səməni umacı bişirilir, qohumlara paylanılır. Qrız kəndində Novruzun gəlişi ilə əlaqədar torpaq qazılır və dar keçid hazırlanır. Keçidin düz ortasına boyanmış yumurta basdırlır. Dar keçiddən keçən şəxs yumurtanı əzməyib keçsə il onun üçün uğurlu olacağını hesab edirlər. Keçiddən keçmək istəyənlər torpağı qazana bayram hədiyyələri də gətirirlər.

Buduq kəndində bayram axşamı mütləq əriştəli plov bişirilir və şirniyyat məhsulları hazırlanır.

Novruz Bayramı, həmçinin Qırmızı qəsəbədə qeyd olunur. Dağ yəhudiləri almanı bala batırıb yeməklə tanrıdan yeni ilin, yeni günün uğurlu keçməsini arzulayırlar, bir-birini təbrik edir, Qubada yaşayan müsəlman dostllarının evinə qonaq gedib, bayramlaşırlar.

Novruz Bayramından 13 gün sonra Qubada “Səməniatdı” mərasimi keçirilir. Xanımlar əllərində səmənilərlə Qudiyal çayının sahilinə gəlib, niyyət edib, əllərindəki səməniləri suya atırlar. Səmənini atıb, niyyət edirlər ki, gələn Novruza kimi arzuları yerinə yetsin, orada olan qız-gəlinə, uşaqlara şirniyyat paylasınlar. Həmçinin gələn ilin daha bərəkətli olması üçün səmənini suya yox, evin damına atırlar.

2009-cu ildə Novruz bayramı YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs siyahısına daxil olunmuşdur.

 

İsinad edilən mənbələr: