Xaçmaz Şəhər İƏD sakinləri məişət tullantıları üçün nəzərdə tutulan qutulardan düzgün istifadə etməyə və şəhərdə təmizliyə riayət etməyə çağırıb. Bu barədə ShimalNews 18 mart tarixində adıçəkilən müəssisəyə istinadən məlumat verir.
Qutulara daş, beton, tikinti materiallarının atılması, eləcə də məişət tullantılarının qutudan kənara və küçələrə atılması ümumi işdə çətinlik yaradır. Nəticədə daşınmada gecikmə yaranır.
Belə hallara yol verən şəxslər cərimə edilərək qara siyahıya salınacaq və sosial şəbəkələrdə ifşa olunacaqlar.