Qusar Rayon Mərkəzi Xəstəxanasında iməcilik təşkil olunub. Bu barədə ShimalNews 18 mart tarixində adıçəkilən müəssisəyə istinadən məlumat verir.
Yaz fəslinin gəlişi ilə əlaqədar olaraq xəstəxana ərazisində abadlıq və səliqə-sahman işləri görülüb. Burada RMX-nin rəhbərliyi başda olmaqla tibb və qeyri-tibb personalı iştirak edib.
Onlar yaşıllıqlara aqro-texniki qulluq göstəriblər. Ağacların dibləri bellənib, əhəngləmə, budama və suvarma işləri aparılıb.