Rusiya Federasiyası ilə sərhəddə yenidən inşa olunan “Xanoba” buraxılış məntəqəsinin infrastrukturu haqqında ümumi məlumat verilib. Bu barədə ShimalNews 18 mart tarixində məlumat verir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin açılması rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynacaq.
Layihənin ümumi sahəsi 6.85 hektar, yaşıllıq əraziləri 3331,7 kv.m, tikililərin sahəsi 20.104,23 kv.m, buraxılış məntəqəsinin sahəsi isə 22.000 kv.m-dir.
Məntəqədən gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub.