Xaçmaz, Qusar, Quba, Siyəzən və Şabran rayonlarının komandaları intellektual turnirdə yarışıb. Bu barədə ShimalNews 18 mart tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Quba “ASAN Xidmət” Mərkəzində “Mənim Azərbaycanım” intellekt marafonu layihəsi təşkil olunub. Burada gənc müəllimlərdən, yuxarı sinif şagirdlərindən, fəal gənclərdən ibarət 8 komanda tərkibində 48 nəfər mübarizə aparıb.
Yarışın qalibi adını Xaçmaz şəhəri 6 nömrəli tam orta məktəbin “Turan” komandası qazanıb. Quba rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin “FRİTL” komandası 2-ci, Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin “T-Team” komandası 3-cü yerin sahibi olub.