Qusarda futbol oynamağı sevənlər üçün endirimlər var. Bu barədə ShimalNews 18 mart tarixində Qusar Olimpiya İdman Kompleksinə istinadən məlumat verir.
Olimpiya kompleksində minifutbol meydançalarından istifadə üçün Novruz və Ramazan bayramları endirimləri elan edilib:
- Saat 18:00-dək – 20 manat;
- 18:00-dan 20:00-dək – 25 manat;
- 20:00-dan 22:00-dək – 30 manat;
- 22:00-dan 00:00-dək – 25 manat;
- 00:00-dan sonra – 20 manat.
Qiymətlər 1 saat üçün nəzərdə tutulub.