Qusar rayonunun Avaran kəndində yaşayan qadına biznes qurmaq üçün dəstək göstərilib. Bu barədə ShimalNews 18 mart tarixində Qusar Rayonu Qadın Resurs Mərkəzinə istinadən məlumat verir.
“Sahibkarlığın və biznesin inkişafı” üzrə təlimdə qalib gələn qadınlardan biri Aysel xanımdır. Ona artıq “Yemin üyüdülməsi və otun doğranması” üçün lazımi avadanlıq təhvil verilib.
Bundan sonra Aysel xanım tək Avaran kənd sakinlərinə deyil, ətraf kəndlərin sakinlərinə də yem üyüdülməsində dəstək göstərərək biznes fəaliyyətinə başlayacaq.
Dəstək “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması – II faza” layihəsi çərçivəsində həyata keçirilib.