Qusarın Çiləgir kəndinin brendləşdirilməsi üzrə proyektə start verilir. Bu barədə ShimalNews 18 mart tarixində məlumat verir.
“Əziz dostlar. Böyük məmnuniyyətlə bildirirəm ki, 6 aylıq hazırlıq, sessiyalar və layihə üzərində işdən sonra Çiləgir kəndi üçün brend yaratmaq üçün BMTİP və Aİ-nin qrant layihəsini həyata keçirməyə başlayırıq. Qeyd etmək istəyirəm ki, bu, ölkədə pilot layihədir və təkcə beynəlxalq qrantlar deyil, həm də Dövlət Turizm Agentliyi və Qusar Rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənir. Bir ildən artıqdır ki, üzərində çalışdığım layihəmin 6 qalibdən biri olması məni sevindirir və əminəm ki, bu layihə həm Qusar rayonuna, həm də bütövlükdə ölkəyə böyük fayda verəcək”, – deyə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının sədr müavini Fərhad Aşurbəyli bildirib.
Eləcə də layihə çərçivəsində fermerlər üçün mühit yaradılacaq ki, onlar hotellərlə birbaşa əlaqə qura bilsinlər.