FHN-in Şimal Regional Mərkəzi tərəfindən Quba rayonunda maarifləndirmə tədbirləri keçirilib. Bu barədə ShimalNews 18 mart tarixində adıçəkilən mərkəzə istinadən məlumat verir.
Tədbir Amsar kənd tam orta məktəbində təşkil edilib. Təlimdə Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri iştirak ediblər. Görüş zamanı ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, yanğınların başvermə səbəbləri barədə məlumat verilib. İştirakçılara FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub. Bundan əlavə, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.