Qubada ilk dəfə eyni anda 100 lövhədə şahmat yarışı keçirilib. Bu barədə ShimalNews 18 mart tarixində Azərbaycan Şahmat Federasiyasına (AŞF) istinadən məlumat verir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən seans ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Müxtəlif yaş qrupları üzrə dünya və Avropa çempionu olan şahmatçılar – Zeynəb Məmmədyarova, Abdulla Qədimbəyli, Aydın Süleymanlı və Məhəmməd Muradlı seansda iştirak ediblər.

Nəticədə 18 oyun heç-heçə, 82 görüş isə beynəlxalq qrosmeysterlərin qələbəsi ilə başa çatıb. Sonda yeniyetmə şahmatçılara Azərbaycan Şahmat Federasiyasının xatirə hədiyyələri təqdim olunub.