Qubada saat 13:30 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 18 mart tarixində xəbər verir.

Alekseyevka kəndində “Mercedes E-class” və “Mercedes C-class” toqquşub. Sonuncuda əyləşən sərnişinin xəsarət aldığı bildirilir. Həmin şəxs Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.