Zərdabi adına Elmi Təcrübə Bazasında xorvat seleksiyasına aid fındıq sortları əkilir. Bu barədə ShimalNews 18 mart tarixində Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna istinadən məlumat verir.
Ukraynanın Qərzəkli Meyvə Bitkiləri Assosiasiyasının vitse-prezidenti, eyni zamanda Akademik Unyanov adına Fermer Təsərrüfatının rəhbəri Vasiliy Babanski, onun köməkçisi Aleksandr Labuşnyak və Xorvatiya Respublikasının “Gospodarstvo Moulis” fındıq təsərrüfatının direktoru Vlado Moulisin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfəri başlayıb.
Burada fındıq sortlarından ibarət anaclıq və fərqli əkin sxemlərində intensiv və superintensiv nümayiş bağlarının salınması həyata keçirilir. Eləcə də introduksiya edilən ağacların respublikamızın müxtəlif regionlarında adaptiv tədqiqatlarının aparılması, sıx əkin sxemlərində inkişafının öyrənilməsi planlaşdırılıb.