Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərində qarölçmə işləri həyata keçirilir. Bu barədə ShimalNews 18 mart tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

İşlər qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə aparılır. Ərazilərdə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları çalışırlar.

Proses yekunlaşandan sonra nəticələr açıqlanacaq.