İsmayıllı rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var. Bu barədə ShimalNews 18 mart tarixində Report-a istinadən məlumat verir.

Məlumata görə, hadisə martın 18-i gecə saat 01:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 12-ci kilometrində qeydə alınıb.

İsmayıllı rayon sakini Sarıbəy Nəsibovun idarə etdiyi “VAZ-21214” və Ağsu rayon sakini Sərxan Nağıyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və “VAZ-21011″də sərnişin olan Ramil Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.