Polis əməkdaşları İsmayıllı rayonunda qanunsuz saxlanılan ov silahlarını aşkar ediblər. Bu barədə ShimalNews 18 mart tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Əməliyyat tədbirləri zamanı rayon sakinləri – S.Babayevdən və M.Fərzalıyevdən müvafiq sənədləri olmayan “İJ” və “TOZ” markalı ov tüfəngləri götürülüb.

Onlar barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.