Bu gün əslən Quba rayonunun Alpan kəndindən olan Milli Qəhrəman Rafiq Nəsrəddinovun doğum günüdür. Bu barədə ShimalNews 18 mart tarixində məlumat verir.

Rafiq 1961-ci ilin 18 mart tarixində Bakıda anadan olub. Buna baxmayaraq, o, Alpana tez-tez gəlirdi və uşaq vaxtı yay tətilini  həmişə burada keçirirdi.

1987-ci ildə Nəsrəddinov zabit kimi Səbail rayon Hərbi Komissarlığı tərəfındən Milli Ordu sıralarına çağırılmış və ilk gündən özünü təcrübəli zabit kimi göstərmişdi. Bunu nəzərə alaraq, onu tank hərbi hissəsinin qərargah rəisi təyin etmişdilər.

Baş leytenant R.Nəsrəddinov Ağdərə rayonunun azad edilməsində dəfələrlə qəhrəmanlıq göstərib. 6 sentyabr 1992-ci ildə Qızılqaya kəndində qeyri-bərabər döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ailəli idi, 2 qızı var.