Xaçmazda yol kənarında park edilən avtomobil əzilib. Bu barədə ShimalNews 17 mart tarixində məlumat verir.
Hadisə martın 16-sı axşam 20:00 radələrində baş verib. N.Nərimanov küçəsində dayanan “Hyundai”yə “Daewoo” markalı avtomobil çarpılıb. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Əraziyə polis və sığorta əməkdaşları cəlb ediliblər.
Xəsarət alan yoxdur.