Uzun illər təhsil sahəsində çalışan və Xaçmaz rayonunun ictimai, siyasi həyatında fəal iştirak edən Məhərrəm Abasovla görüş keçirilib. Bu barədə ShimalNews 17 mart tarixində RİH-yə istinadən məlumat verir.
İcra başçısı Elnur Rzayev görüşdə M.Abasovu 75 yaşı tamam olması münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb.
Sonda yubilyara Xaçmaz Rayon İcra Hakimiyyətinin və Respublika Ağsaqqallar Şurasının Fəxri Fərmanı, eləcə də xatirə hədiyyələri təqdim olunub.
