Xaçmaz şəhərində bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu barədə ShimalNews 17 mart tarixində məlumat verir.

Buna səbəb Xaçmaz dairəsindən N.Nərimanov küçəsi istiqamətində təmizlik işlərinin aparılmasıdır. Əraziyə işçi heyəti və xüsusi texnika cəlb olunub, yol səthi yuyulur.