Bu gün Xaçmazdan olan Milli Qəhrəman Yavər Şahbazovun həlak olduğu gündür. Bu barədə ShimalNews 17 mart tarixində məlumat verir.

Yavər 1973-cü il noyabrın 1-i Qıraqlı kəndində anadan olub. 1994-cü ildə Milli Ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Bir il sonra Azərbaycanda hərbi çevrilişə cəhd baş verir.

Güclü atışma başlayanda xaçmazlı gənc bir neçə yaralı döyüşçünü xilas edir, özü isə qəhrəmancasına həlak olur. Y.Şahbazov Çaykənarı kəndində dəfn edilib. Prezidentin Fərmanı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.