Xaçmazda məktəblilər üçün təşkil edilən tarix dərsləri davam edir. Bu barədə ShimalNews 17 mart tarixində rayon Heydər Əliyev Mərkəzinə istinadən məlumat verir.

“Bir dühanın ömür salnaməsi” layihəsi çərçivəsində təşkil edilən dərsdə 6 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər. Mərkəzin elmi işçisi Nigar Bayramova müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin həyat və yaradıcılığından bəhs edən “Azərbaycanın memarı – Heydər Əliyev” mövzusunda mühazirə oxuyub.

Daha öncə mərkəzdə 1 saylı tam orta məktəbin şagirdlərinə dərs keçirilib.