“Ən yaxşı təqdimat” müsabiqəsinin 1-ci mərhələsi başa çatıb. Bu haqda ShimalNews 17 mart tarixində məlumat verir.

Müsabiqədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri iştirak ediblər. Ölkə mərhələsinə vəsiqə qazanan şagirdləri təqdim edirik:

  • Quba rayonu Qımılqışlaq kənd tam orta məktəbinin X sinif şagirdi Rahidə Quliyeva;
  • Xaçmaz şəhəri C. Cabbarlı adına 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Sevinc Səfərova;
  • Qusar şəhəri B. Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Alita Qayibova;
  • Şabran şəhəri S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Röya Məmmədzadə;
  • Siyəzən şəhəri M. Müşfiq adına 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Eltac Adilov.

Müsabiqənin final mərhələsi 2023-cü ilin aprel ayında Bakı şəhərində keçiriləcək.