Xaçmazın icra başçısı Elnur Rzayev Maqsudkənddə vətəndaşlarla görüşüb. Bu barədə ShimalNews 17 mart tarixində RİH-yə istinadən məlumat verir.
Qəbulda Susayqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Maqsudkənd, Şollar, Pərdiqıran və Çaxçaxlı kəndlərinin sakinləri iştirak ediblər.
İlk növbədə şəhid Ömər Ayatovun büstü üzərinə gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi anılıb. Sonra icra başçısı Elnur Rzayev sakinləri Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Sakinlər daxili yolların təmiri, qaz təchizatının bərpası istiqamətində işlərin sürətləndirilməsi, tibb məntəqəsi üçün yeni binanın inşası və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini dinləyərək, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.