Qusar rayonunda partlayış zamanı 1 nəfər xəsarət alıb. Bu barədə ShimalNews 17 mart tarixində 7news-a istinadən məlumat verir.

Məlumata görə, hadisə Yeni Həyat kəndində yerləşən fərdi evlərin birində baş verib. Nəticədə 62 yaşlı Telnaz Hacımuradova yanıq xəsarətləri alıb. Onu Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.