Quba-Xaçmaz yolunda yük daşıyan avtomobillər çox vaxt üstü açıq vəziyyətdə hərəkət edirlər. Bu barədə ShimalNews 17 mart tarixində xəbər verir.

Sürücülər bildiriblər ki, bu yolla yük avtomobilləri daş və çınqıl daşıyırlar. Onlara yaxınlaşmaq və ötmə manevri etmək təhlükəlidir. Xüsusən də döngələrdə asfaltın və ətraf avtomobillərin üzərinə həmin daşlar sıçrayır. Avtomobillərə zərər dəysə də, heç kəs məsuliyyətə cəlb olunmur və ziyan qarşılanmır.