Quba Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 17 mart tarixində RİH-yə istinadən məlumat verir.

Görüş Alekseyevka kənd inzibati ərazi dairəsinin İqrığ kəndində baş tutub. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə icra başçısı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilb.

Qəbulda Quba rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.