Qubada keçirilən “MULTI Gənclik” layihəsi başa çatıb. Bu barədə ShimalNews 17 mart tarixində “Quba Gəncləri”nə istinadən məlumat verir.

Gənclər üçün təşkil edilən intellektual yarışın qaliblərinə Gündüz İsmayılovun müəllifi olduğu “Tolerantlıq – bildiklərimiz və bilmədiklərimiz” kitabı hədiyyə edilib. Həmçinin iştirakçılar Qırmızı qəsəbədə ekskursiyada olublar. Gənclər burada fəaliyyət göstərən sinaqoqlar və tarixi yerlərlə tanış olublar.

Müxtəlif etnik qruplardan olan gənclər arasında mübadilənin artırılması, gənclərimizin milli-mənəvi dəyərlərə və Azərbaycançılıq ideologiyasına, multikulturalizm ənənələrinə bağlılığının qorunub saxlanmasına dəstək məqsədilə keçirilən layihə ümumilikdə 200 gənci əhatə edib.