Quba “ASAN xidmət” mərkəzi 20-24 mart tarixlərində fəaliyyət göstərməyəcək. Bu barədə ShimalNews 17 mart tarixində quruma istinadən məlumat verir.
Sözügedən mərkəzdə Novruz bayramı ilə əlaqədar sadalanan günlər qeyri-iş günləri olacaq. Martın 25-dən etibarən isə mərkəz adi iş rejimində fəaliyyətini davam edəcək.