İsmayıllıda Novruz bayramı ilə əlaqədar Mərkəzi meydanda tədbir keçirilib. Bu barədə ShimalNews 17 mart tarixində RİH-yə istinadən məlumat verir.

Şənlik xalqımızın milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə təşkil edilmişdir. Burada dövlət qurumlarının əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və sakinlər iştirak ediblər.

Tədbir geniş və rəngarəng konsert proqramı ilə davam etdirilib. Azərbaycanın tanınmış müğənniləri Nigar Şabanova, Aytən Məhərrəmova, Lahıc və İvanovka folklor qrupları, Aşıqlar ansamblı bir-birindən fərqli ifalarla bayram iştirakçılarına xoş anlar bəxş ediblər.