İsmayıllıda ət məhsullarının son qiyməti araşdırılıb. Bu barədə ShimalNews 17 mart tarixində İsmayilli.ws-ə istinadən məlumat verir.

Şəhər bazarında quzu əti 15-16 manata, qoç əti 12 manata, mal əti 14 manata; balıqlardan sudak və çəki 8 manata, qaragöz 2 manata, xanı 5 manata satılır.

Satıcılar müştərilərin alıcılıq qabiliyyətinin aşağı olduğunu bildirirlər.