Xınalıq dili və Haput dilində ibtidai sinif şagirdləri üçün dərsliklər çap edilir. Bu haqda məlumatı ShimalNews 17 mart tarixində Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabata istinadən verir.

Hazırda ümumtəhsil müəssisələrinin I-IV sinifləri “Xınalıq dili” və I sinif üçün “Haput dili” dərslik komplektlərinin çapı üzrə işlər aparılır. Bundan əlavə, ibtidai siniflər üçün “Azsaylı xalqların dili” fənni üzrə dərslik komplektləri hazırlanıb.