Quba və Qusar rayonlarını təmsil edən uşaq futbol məşqçiləri regional tədbirdə iştirak ediblər. Bu barədə ShimalNews 17 mart tarixində AFFA-ya istinadən məlumat verir.
Şabranda uşaq futbolunun inkişafına həsr olunmuş mərasimdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Şabran RİH başçısının müavini İlkin Ağayev, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev və digər qonaqlar iştirak ediblər. Tədbirdə Şimal Regional Futbol Federasiyası İctimai Birliyinin rəhbərliyinə mövcud çətinliklərin həll edilməsi məqsədilə təkliflər irəli sürülüb.
Görüşün sonunda uşaq futbol məşqçilərinə AFFA tərəfindən hədiyyələr təqdim edilib.