Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postu yaxın günlərdə istifadəyə veriləcək. Bu barədə ShimalNews 16 mart tarixində məlumat verir.

Əldə olunan məlumata görə, açılış mərasimi martın 17-i keçiriləcək. Burada Azərbaycan və Rusiya nümayəndə heyətlərinin yüksək vəzifəli şəxslərlə iştirak edəcəyi gözlənilir.

“Xanoba” gömrük postu müasir avadanlıqlarla təchiz edilib. Onun buraxılış qabiliyyətinin artması Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasını təmin edəcək.